Bulvarın bu hissəsinə giriş BAĞLANDI

Formula 1 yarışı ilə əlaqədar Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb.

Viral.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

Bildirilib ki, yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və Formula 1-in əyləncə zonasının həmin hissədə hazırlandığı üçün hər il yarış ərəfəsində bulvarın bu istiqamətində məhdudiyyət tətbiq edilir.

Son Yazılar:

Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış isə sərbəstdir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.(Qafqazinfo).