Sentyabrın 12-si gündüzdən 14-ü gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Milli Hidrometerologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Ordubad, Babək, Gəncə, Samux, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Goranboy, Naftalan, Şirvan, Sabirabad, Mingəçevir, Daşkəsən, Zaqatala, Qax, Balakən, Şəki, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Bərdə, Yevlax, Beyləqan, Füzulidə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Son Yazılar:
- Səhər acqarına su için – Hər dərdin dərmanıdır…
- Baydenin İsraildən xahişi: Onlara hücum etmə!
- Türkiyədə bu prospektə Milli Qəhrəmanımızın adı VERİLDİ