Bu liseylərin direktorları işdən azad EDİLDİ

Bakıda iki liseyin direktoru işdən çıxarılıb.

Viral.az Modern.az-a istinadən xəbər verir ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimov vəzifələrindən azad edilib.

Onlar çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurublar.

Son Yazılar:

Direktor vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Tariyel Talıbov 1993-cü ildən Fizika, riyaziyyat və informatika təmayüllü liseyə rəhbərlik edirdi.