Bir qrup ukraynalı pilot Rumıniyada “F-16” qırıcıları ilə təlimlərə başlayıb.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna KİV ölkənin müdafiə naziri Rustem Umerovun bəyanatına istinadən məlumat yayıb.
“Ukrayna səmasında “F-16”lar da çoxalacaq: bir qrup pilotumuz artıq Rumıniyada təlim keçir. Rumıniyalı həmkarıma, onun ölkəsinin xalqına və hökumətinə hava hücumundan müdafiə sistemimizi dəstəklədiyinə və gücləndirdiyinə görə təşəkkür etdim”, – o deyib.
Son Yazılar:
- Səhər acqarına su için – Hər dərdin dərmanıdır…
- Baydenin İsraildən xahişi: Onlara hücum etmə!
- Türkiyədə bu prospektə Milli Qəhrəmanımızın adı VERİLDİ
Umerov qeyd edib ki, Ukrayna tezliklə rumıniyalı tərəfdaşlardan yeni “Patriot” hava hücumundan müdafiə sistemi alacaq.
Xatırladaq ki, bu ilin iyul ayında Rumıniyada yerləşən Avropa F-16 təlim mərkəzində artıq ilk ukryanalı pilotlar qrupuna təlim keçirilib.