Ukrayna Xarici İşlər Nazirliyi Monqolustana qarşı demarş elan etmək qərarına gəlib.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu qərar Rusiya Prezidenti Vladimir Putinin Ulan-Batora səfəri zamanı həbs edilməməsi ilə bağlı verilib.
Son Yazılar:
- Ronaldo özünün dünya rekordunu YENİLƏDİ
- Bu əlamətlər varsa, orqanizm XƏSTƏDİR
- Niderland Netanyahunu həbs edəcək?
“Monqolustan tərəfi, Roma Nizamnaməsini imzalayan Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putin üçün verdiyi həbs qərarını imtina etməsinə dair Ukraynanın dərin məyusluğu ilə bağlı məlumatlandırılıb”, – bəyanatda bildirilir.
Qeyd olunur ki, Kiyev gələcəkdə Monqolustanla ikitərəfli münasibətləri inkişaf etdirərkən, eləcə də beynəlxalq platformalarda mövqeyini formalaşdırarkən onun qərarını nəzərə alacaq.
Eyni zamanda XİN ümid edir ki, Ulan-Bator Kiyevlə dostluq münasibətlərinin bərpası istiqamətində addımlar atacaq.
Qeyd edək ki, Rusiya lideri sentyabrın 2-si Ulan-Batora gedib. Belə ki, bu, Putinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalamış ölkəyə ilk səfəri olub.
Xatırladaq ki, 2023-cü ilin martında BCM Putinin həbsinə order verib. Bu sənədə əsasən Putin Monqolustana səfəri zamanı həbs edilməli idi.