ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.
Viral.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Amerikanın xarici siyasət idarəsi ballistik raketlərin və raketlə bağlı avadanlıqların, habelə tənzimlənən texnologiyaların yayılmasında iştirak edən beş quruma və bir fiziki şəxsə qarşı tədbirlər görür.
Son Yazılar:
- Türkiyə parlamentində Milli Məclisin 106-cı ildönümü ilə bağlı tədbirlərin təşkili müzakirə OLUNDU
- İspaniyada dronlarla narkotik daşıyan dəstə ZƏRƏRSİZLƏŞDİRİLDİ
- “Qarabağ”ın “Lion”la oyun üçün – Heyəti
Məlumata görə, sanksiyalar Çinin “Hubei Huachangda Intelligent Equipment Company”, “Universal Enterprise Limited” və “Lontek” firmalarına, eləcə də Çində maşınqayırma sahəsində avtomatlaşdırma ilə məşğul olan instituta qarşı tətbiq edilir.
Bundan əlavə, Dövlət Departamentinin məlumatına görə, Pakistanda “Innovative Equipment” şirkətinə qarşı məhdudiyyətlər tətbiq edilir.