“Bakı Metropoliteni” QSC ventilyatorların iş rejimini payız mövsümünə uyğunlaşdırmağa başlayıb.
Viral.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Havalandırma müntəzəm aparılan prosesdir. Bu il 6 yeni havalandırma sisteminin tətbiqi başa çatdırılıb. Gələcək dövrdə də bu işlər mərhələli şəkildə aparılacaq. Qatarlarda olduğu kimi ventilyatorlarda da istismarını başa vuranlar yenisi ilə əvəzlənir. Lakin yenisi ilə əvəzlənən zaman ventilyatorların 2-3 dəfə daha güclü olmasına xüsusi diqqət yetirilir. Yeni ventilyatorlarda Bakının bugünkü cari iqlim şəraiti, son illərin texnoloji yenilikləri, yeni qatarların kondinsionerli olması və sair amillər nəzərə alınır”, – deyə o qeyd edib.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
B. Məmmədov əlavə edib ki, hazırda bu günə qədər alınan yeni ventilyatorların, eləcə də köhnə nəsil ventilyatorların hamısı işlək vəziyyətdədir.