Bu ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 58401 doğulan körpə qeydə alınıb.
Bu barədə Viral.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11-dan 9,8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1928-i əkiz, 84-ü üçəm və 4-ü isə dördəm doğulub. Beləliklə cari ilin 7 ayında 31069 oğlan, 27 332 qız doğulub.