Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyin təşkilatçılığı ilə Praqada ATƏT-in 31-ci İqtisadi və Ətraf Mühit Forumu çərçivəsində “COP29: ambisiyanın genişləndirilməsi və fəaliyyətin təşviq edilməsi vasitəsilə iqlim dəyişikliyi çağırışları ilə mübarizədə həmrəylik və birliyin təşviq edilməsi” adlı yan tədbir təşkil olunub.
Viral.az xəbər verir ki, ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri, Avstriyanın ATƏT yanında Daimi Nümayəndəsi Florian Rauniqın moderatorluğu ilə keçirilmiş bu tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev iştirak və çıxış edib.
Nazir müavini Y. Rəfiyev iqlim dəyişikliyinin qlobal mənfi təsirləri barədə söz açaraq cari ilin noyabr ayında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransına (COP29) ev sahibliyi edəcəyini qeyd edib, COP29-a hazırlıq çərçivəsində aparılan danışıqlar prosesinin hazırkı statusu, Azərbaycan tərəfindən irəli sürülmüş 14 təşəbbüs və onların təşviqi istiqamətində aparılan işlər, Azərbaycanın enerji keçidi və iqlim siyasəti barədə məlumat verib.
Son Yazılar:
- Livan İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham EDİR
- Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə ÇATDI
- Bakıda Rumıniyanın Milli Günü ilə bağlı rəsmi qəbul KEÇİRİLİR
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə xüsusunda inklüzivlik və əməkdaşlığı təşviq etdiyini qeyd edərək, COP29 Sədrliyinin bir çox tərəfdaşlarla sıx təmasda olduğunu bildirib.
ATƏT nümayəndəsi B.Djusupov iqlim dəyişikliyi mövzusunun ATƏT-in diqqət mərkəzində olduğuna və bu istiqamətdə bir sıra öhdəliklərin mövcud olduğuna istinad edərək Təşkilat tərəfindən bu istiqamətdə aparılan fəaliyyət barədə məlumat verib, ATƏT-in COP29-da iştirak planlarından danışıb.
Tədbir çərçivəsində ATƏT-in iştirakçı dövlətlərinin fikirləri dinlənilib, sualları cavablandırılıb. İştirakçılar tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, etimadın qurulması və qlobal səylərin artırılmasına Azərbaycan Sədrliyinin verdiyi töhfənin əhəmiyyəti vurğulanıb, bu fəaliyyətdə ölkəmizə uğurlar arzulanıb.
Qeyd olunmalıdır ki, İqtisadi və Ətraf Mühit Forumu ATƏT-in iqtisadi ölçüsünün illik əsasda keçirilən ən böyük tədbiridir.
Forum təşkilatın iqtisadi və ətraf mühit istiqamətləri üzrə iştirakçı dövlətlərin öhdəliklərinin nəzərdən keçirilməsi və bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində aparılan fəaliyyətin müzakirəsi üçün platformadır.