Tacikistan prezidenti Şoltsu ölkəyə dəvət ETDİ

Tacikistan prezidenti Emoməli Rəhmon Astanada keçirilən görüşdə Almaniya kansleri Olaf Şoltsu respublikaya rəsmi səfərə dəvət edib.

Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rəhmon və Şolts iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.

Son Yazılar:

Şoltsun ​​Almaniyanın Tacikistanla enerji sektoru, dağ-mədən sənayesi və ətraf mühit məsələlərində əməkdaşlıqda maraqlı olduğunu ifadə etdiyi bildirilir.

Sevinc İBRAHİMZADƏ