Yaponiyada yaşı 100-ü ötənlərin sayı 100 minə yaxınlaşır

Yaponiyada yaşı 100-dən yuxarı olan sakinlərin sayı 95,1 min nəfəri ötüb.

Viral.az xəbər verir ki, 1963-cü ildən bu yana bu, mütləq rekorddur.

Yaponiyada 54 il dalbadal 100 yaşdan yuxarı insanların sayı artıb. 2023-cü ildə demək olar ki, 3 min nəfər artıb.  

Son Yazılar:

Yaşı 100-dən yuxarı olan yaponların 88%-dən çoxunu qadınlar təşkil edir. Ölkədə həm də planetin ən yaşlı insanı – 1908-ci ildə anadan olmuş 116 yaşlı Tomiko İtuka yaşayır.

Yaşı 65-dən yuxarı olan Yaponiya sakinlərinin sayı son bir ildə 20 min nəfər artaraq 36,25 milyon nəfərlə bütün zamanların rekorduna çatıb. Hazırda onlar ölkə əhalisinin 29,3%-ni təşkil edir. 80 yaşdan yuxarı yaponların sayı demək olar ki, 13 milyon nəfərə çatıb – bu, ümumi əhalinin 10,4%-ni təşkil edir ki, bu da təxminən 125,1 milyon nəfərdir (yenisabah.az).