Gilas saplağının bilmədiyimiz FAYDALARI

Yayın əsas meyvəsi gilasın atılan saplağının faydalarını bilirsiniz?

Viral.az xəbər verir ki, gilasın sapı da ən azı özü qədər faydalıdır.

Gilas sapının faydalarını təqdim edirik:

Son Yazılar:

İsidilərək suyu içilən gilas saplağı böyrək çatışmazlığı, yüksək təzyiq, qaraciyər problemləri, infeksiyalarla mübarizədə faydalıdır. Bu bitki B, C və D vitamini ilə zəngindir.

Lakin saplaqları qaynatmaq məsləhət deyil. Çünki bu zaman minimal miqdarda olsa belə olan zərərli maddələr də suya keçə bilər. Bir litr suya 10 qram gilas saplağı əlavə edin.

Bu məhsuldan arıqlamaq istəyənlərdə istifadə edə bilərlər. Bunun üçün bir stəkan qaynar suya 30 qram gilas sapı əlavə edin və 10 dəqiqə dəmləyin. Dəmləndikdən sonra içə bilərsiniz.

Gilas sapı çayından artrit, revmatizm, bronxit, oynaqların duzlaşması və damar sərtliyi kimi xəstəliklərin müalicəsində istifadə olunur. Ancaq gilas sapı çayının bizi maraqlandıran ən əhəmiyyətli iki xüsusiyyəti – artıq çəkidən azad etməsi və sidikqovucu xüsusiyyətləridir, bu səbəblə bədəndə şişkinlik və su miqdarını azaldır.

Bununla yanaşı gilas sapı maddələr mübadiləsinə sürətləndirir, bağırsaq florasını nizamlayır, qəbzliyi aradan qaldırır, sinirləri gücləndirir, sinir sistemini sakitləşdirir, qanı təmizləyir. Kolestrolu və qan şəkərini aşağı salır. Gilas sapı həm ağrı kəsicidir, həm də temperatur salır.

Bu həm də gözəllik üçün faydalıdır. Belə ki, üzdəki sızanaqların qarşısını alır, dərinin parlaq görünməsinə və nəm tarazlığının sağlanmasına kömək edir.

//xezerxeber.com