Kəpənəklər gözəllikləri ilə göz oxşayan canlılardandır.
Viral.az xəbər verir ki, təbiətin ən zərif canlılarından biri olan kəpənəklər rəngli qanadları ilə insanların diqqətini çəkirlər.
Kəpənəklərə adətən yaz-yay aylarında həyətimizdə daha çox rast gəlirik. Lakin insanların böyük əksəriyyətinin kəpənəklərlə bağlı məlumatı olduqca azdır. Hərçənd ki, onlar haqqında bir çox maraqlı fakt mövcuddur.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Kəpənəklərlə bağlı ən maraqlı 10 məlumatı təqdim edirik:
1. Kəpənəklərin ömrü çox qısa olur. Adətən bir neçə həftə, bəzi növləri isə bir neçə ay yaşayırlar.
2. Kəpənəklərə dünyanın hər yerində rast gəlmək mümkündür. Onlar, isti iqlimdən soyuq iqlimə qədər bir çox müxtəlif coğrafi bölgələrdə yaşaya bilərlər.
3. Bəzi kəpənək növləri də quşlar kimi köç edirlər. Məsələn, Monarx kəpənəkləri Şimali Amerikadan Meksikaya qədər hər il minlərlə kilometr məsafə qət edirlər.
4. Kəpənəyin qanadlarında olan rənglər əslində gözəlliklərindən deyil, onun fiziki xüsusiyyətlərindən qaynaqlanır. Buna görə də kəpənək qanadlarının rəngləri işıq altında müxtəlif tonlarda dəyişə bilər.
5. Kəpənəklərin dili yoxdur. Dadı bığcıqları və ayaqları vasitəsilə hiss edirlər.
6. Bir çox kəpənək növü bitki şirəsi ilə qidalanır. Xüsusilə çiçək nektarı kəpənəklərin əsas qida mənbəyi hesab olunur.
7. Kəpənəklərin də düşmənləri olur. Belə ki, quşlar, qurbağalar, hörümçəklər və yırtıcı həşəratlar onları ovlayırlar. Buna görə də, kəpənəklərin həyatda qalmaq üçün müxtəlif müdafiə mexanizmləri hazırladıqları məlumdur.
8. Bəzi kəpənək növləri soyuq qış aylarında sağ qalmaq üçün donmadan mənfi temperaturlara belə tab gətirə bilirlər.
9. Kəpənəklərin cütləşməsi ritualları da kifayət qədər mürəkkəbdir. Deməli, erkək kəpənəklər tez-tez müxtəlif rəqslər edir və dişiləri cəlb etmək üçün kimyəvi siqnallar göndərirlər.
10. Dişi kəpənəklər ya qoxusuz olur, ya da pis qoxu yayırlar. Bununla da quşlara yem olmaqdan xilas olurlar.
//hit.az