Şəhid Bilal Qəhrəmanov Gədəbəydə dəfn EDİLDİ

Qalıqları Şuşa rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovla Gədəbəy rayonunda keçirilən vida mərasimi başa çatıb.

Redaktort.az xəbər verir ki, şəhidin nəşi Gədəbəy Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Gədəbəy Rayon Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Son Yazılar:

Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 1970-ci il iyunun 1-də anadan olub. O, 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Qarakənd kəndi (“Çeyl” yüksəkliyi) istiqamətində itkin düşüb.