İş tapmadığı üçün 31 yaşlı arvadı ilə mübahisə edən kişi onu və evini yandırıb.
Viral.az xəbər verir ki, bu barədə Udmurt Respublikası İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb.
Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Qətl” maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndərib.
Son Yazılar:
- İsrail HƏMAS-ın raket anbarını məhv ETDİ
- Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə ETDİ
- Beş vəkilə xəbərdarlıq olundu, dörd vəkilə töhmət VERİLDİ
İstintaq orqanlarının məlumatına görə, 34 yaşlı kişi evdə həyat yoldaşı və iki azyaşlı uşağı ilə yaşayırmış. O, uzun müddət işsiz idi və spirtli içki qəbul edirdi. Buna görə də tez-tez zərərçəkənlə münaqişəyə girirdi. Hadisə sentyabrın 15-dən 16-na keçən gecə baş verib. Növbəti mübahisədən sonra o, qadının üzərinə tezalışan maye tökərək onu yandırıb. Yanğın nəticəsində qadın xəsarət alıb və xəstəxanalardan birinə aparılsa da, aldığı yaralardan dünyasını dəyişib. Yanğın cütlüyün evini tamamilə məhv edib. İstintaqın məlumatına görə, uşaqlar, müttəhimin özü təxliyə oluna bilib və xəsarət almayıb.