Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.
Viral.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdilər.
Bildirildi ki, universitet şəhərciyində tələbələrin və əməkdaşların yaşaması üçün müvafiq binalar ayrılıb.
Son Yazılar:
- Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti OLUB
- Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ
- Bu məktəb direktorları vəzifələrindən azad EDİLƏCƏK
Prezident İlham Əliyev tələbə yataqxanasında yaradılan şəraitlə tanış oldu. Tələbələrin yaşaması üçün nəzərdə tutulan yataqxana mənzil tipli 5 binadan ibarətdir. Binaların hamısı müasir standartlar səviyyəsində əsaslı təmir olunub. Bütün mənzillər müvafiq avadanlıqlarla təchiz edilib, yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb. Yataqxanada istirahət guşələri, yeməkxana və idman sahəsi də fəaliyyət göstərəcək. Ümumilikdə, 1154 tələbənin yataqxanada ödənişsiz əsaslarla məskunlaşması təmin edilib.
Qeyd olundu ki, universitet şəhərciyində əməkdaşların və onların ailələrinin yaşaması üçün nəzərdə tutulan 4 binada isə ümumilikdə 186 mənzil mövcuddur. Bütün mənzillər əsaslı təmir olunub və müvafiq avadanlıqlarla təchiz edilib. Hazırda 140-a qədər əməkdaşın və onların ailə üzvlərinin məskunlaşması təmin olunub. Əməkdaşların universitetdə çalışdıqları müddətdə həmin mənzillərdə ödənişsiz əsaslarla yaşaması nəzərdə tutulub.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.
Viral.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.