Qadın 30 milyon dollara görə sevgilisini ZƏHƏRLƏDİ

ABŞ-də Şimali Dakota sakini, 30 milyon dollar miras alacağı ümidi ilə sevgilisinin çayına antifriz tökdüyünü etiraf edib.

Viral.az “lenta.ru”ya istinadən xəbər verir ki, 2023-cü ildə 51 yaşlı Stiven Rayli öyrənib ki, guya ona uzaq qohumundan böyük məbləğdə miras qalıb. Onun 47 yaşlı sevgilisi Aina Thea Kenoyer pulun ona və oğluna qalacağını düşünüb. Ancaq Rayli bir müddət əvvəl qadından ayrılıb.

3 sentyabr 2023-cü ildə Rayli vəkili ilə görüşə gedərkən özünü pis hiss edib. Kişi xəstəxanaya çatdırılıb, həkimlər iki gün onun həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər. Məhkəmə-tibb ekspertləri onun bədənində antifrizdən zəhərlənmə əlamətləri aşkar ediblər.

Son Yazılar:

Mayın 29-da Kenoyer miras almaq ümidi ilə sevgilisinin çayına antifriz qoyduğunu etiraf edib. Avqustun 13-də qadına hökm oxunacaq. Onu şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs gözləyir.

(redaktor.az)