Tramp Zelenski ilə GÖRÜŞMƏYƏCƏK

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp çox güman ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyəcək.

Viral.az xəbər verir ki, Trampın seçki kampaniyasının rəsmisi “Politico”ya görüşün planlaşdırılmadığını təsdiqləyib.

Qeyd edək ki, Tramp ötən həftə ABŞ-a səfəri zamanı Zelenski ilə “yəqin ki” görüşəcəyəm demişdi.

Son Yazılar:

Xatırladaq ki, Zelenskinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edəcəyi və Rusiya ilə müharibədə özünün Qələbə Planını təqdim edəcəyi, daha sonra Prezident Co Bayden və vitse-prezident Kamala Harrislə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.