Diş ətlərinə və çənə çevrəsində baş verən ağrılara daha çox diş ağrısı səbəb olur. Hər kəs həyatında mütləq bir dəfə belə olsa dişdəki bu ağrıdan əziyyət çəkib.
Viral.az xəbər verir ki, əsasən də çox isti və çox soyuq bir şey tükətildiyi zaman dişdəki ağrı yüngül və ya qulağa qədər vuran şiddətli ağrı formasında özünü göstərib. Təəssüf ki, çox insan bu ağrılar dözülməz olana qədər ağrının səbəbinə diqqət etmir və türkəçarələrlə ağrının azalmasına və dişlərin daha tez çürüməsinə səbəb olur. Bu çarələr isə bu ağrını qısa müddətli kəsir.
Diş ağrısının səbəbləri nələrdir?
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Bu ağrının bəzi səbəbləri aşağıdakılardır:
Diş əti xəstəlikləri
Diş minasının aşınması
Diş çürükləri və diş infeksiyaları
Retension dişlər
Sinusit
Diş sıxma və bruksizm
Ağıl dişlərinin çıxması
Diş telləri
Diş qırılmaları
Dişlərin yanlış müalicəsi və s.
Diş ağrısının ilkin əlamətləri nələrdir?
Diş ağrıları şiddətli və ya yüngül ola bilər. Bu ağrılar əsasən gecə yatağınıza uzandığınız zaman başlayır. Bu hal baş verdiyi anda vaxt itirmədən həkimə müraciət edilməlidir. Düşmüş diş dolğusu və ya diş qırığı ağrının başlamasına səbəb olur. Dişdəki ağrının üst, yoxsa alt dişlərdə başlamasını müəyyən etmək xəstə üçün çətin olur. Əgər ağrıyan alt dişlərdirsə, əsasən qulaq ağrısıymış kimi hiss edilir. Üst dişlərin ağrıması zamanı isə xəstə sinus və ya almacıq sümüklərinin ağrıdığını hiss edə bilər.
Diş ağrısının əlamətləri nələrdir?
Dişlərdə ağrı zamanı aşağıdakı əlamətlər də hiss edilə bilər:
Üzdə və ya ağız içində şişkinlik
Diş ətində qanamalar
Soyuğa və ya istiyə qarşı həssaslıq
Ağız açılan zaman narahatlıq
Hərarət
Baş ağrısı və s.
Bu ağrı ilə bərabər udmaqda və ya nəfəs almaqda çətinlik çəkilirsə, təcili olaraq diş həkiminə müraciət edilməlidir.
“Zanqıldayan” diş ağrısı necə keçir?
Əgər “Zanqıldayan dişdəki ağrını nə kəsər?” deyə axtarışdasınızsa, təəssüf ki, bu ağrıdan ev şəraitində xilas ola bilməyəcəksiniz. Çünki bu ağrı “zanqıldama” formasındadırsa, bu dişin içindəki bir ağrıdır və mütləq həkim tərəfindən tibbi müdaxilə edilməlidir.
Diş ağrısı zamanı nələr etmək olmaz?
Ağrını kəsmək üçün əsla siqaret, alkoloq, sprit kimi məhsullardan istifadə etməyin. Çünki bu cür məhsullar diş ətini daha da zədələyir. Təmas etdiyi bölgənin ətində yanığa səbəb ola bilər. Əgər çox dözülməz ağrı varsa, gecəni ya sadə ağrıkəsici içərək, ya da aşağıda tövsiyə olunan bəzi türkəçarələrdən istifadə edərək ağrını azaldıb səhər vaxt itirmədən diş həkiminə müraciət edin.
Diş ağrısını türkəçarə ilə müalicə etmək olarmı?
Öcəliklə diş ağrılarının səbəbləri araşdırılmalıdır. Çünki bəzi ağrılar türkəçarələr ilə sağala bildiyi kimi bəzilərinə səbəb ciddi infeksiyalar ola bilər. Diş çürüyü, infeksiya kimi çox ciddi səbəblər varsa, mütləq diş həkiminə müraciət edərək tibbi yardım alınmalıdır. Onu da qeyd edək ki, bu ağrıya səbəb olan çox ciddi bir infeksiya deyilsə, ev şəraitində türkəçarələr ilə bu tip ağrıdan müəyyən qədər qurtulmaq mümkündür.
Duzlu su ilə qarqara edin. Duz dişdəki iltihabı azaldıb ağrını yüngülləşdirir. Bunun üçün bir stəkan ilıq suya yarım çay qaşığı duz qataraq qarışdırın. Bu qarışımı ağzınıza alaraq yaxşıca çalxalayın.
Hidrogen peroksidli su (oksigenli su) ilə qarqara. İltihablı dişdəki bu ağrıya türkəçarə axtarırsınızasa, ən yaxşı tövsiyə hidrogen peroksidli sudur (oksigenli su). Bu su ilə qarqara etdikdən sonra isə ağzınızı adi su ilə yaxalamağı unutmayın. Lakin diqqət edin ki, oksigenli suyu udmayasınız.
Buz kompresi qoyun. “Diş ağrısına türkəçarələr nələrdir?” deyə axtarırsınızsa, ağıla ilk gələn ən yaxşı tövsiyə ağrı və varsa şiş olan bölgəyə buz qoymaq olar. Dəsmala sarılı buz torbasını ağrıyan nahiyəyə qoyaraq 15-20 dəqiqə buz kompresi edə bilərsiniz.
Yastıqdan istifadə edin. Yatarkən yüksək yastıqdan istifadə edin. Çünki uzanmış vəziyyətdə qan başa vurduğu üçün bu ağrı daha şiddətli hiss edilir. Yüksək yastıq az da olsa ağrınızı azalda bilər.
Ağrıkəsicidən istifadə edin. Dişdəki ağrını müvəqqəti kəsmək üçün yüngül ağrıkəsicilərdən istifadə edə bilərsiniz. Ancaq ağrının səbəbi dişin kökündə olduğu üçün bu təklif ağrınızı müvəqqəti kəsəcək. Dərmanın təsiri getdikdən sonra isə yenidən ağrı ilə üz-üzə qala bilərsiniz.
Mixək yağı sürtün. Bu tip ağrılar üçün təbii türkəçarə mixək və ya mixək yağı ola bilər. Mixək yağı ağrını və iltihabı azaltmağa kömək edən təbii antiseptikdir. Tərkibində eugenol deyilən güclü bir maddə var və bakteriyaların qənimi olan bu maddə diş məcunlarının da tərkibində mövcuddur. Bir parça pambığa bir neçə damcı mixək yağı damladaraq ağrıyan nahiyəyə qoya və ya bir stəkan suya bir damla mixək yağı damladaraq həmin su ilə ağzınızı qarqara edə bilərsiniz. Bundan başqa quru mixəyi də ağrı olan bölgəyə qoyub ağrının azalmasını gözləyə bilərsiniz.
Nanədən istifadə edin. Nanə çayı içərək və ya nanə çayı paketini dəmləyib soyuq halda ağrıyan yerə qoyaraq da dişdıki ağrı zamanı türkəçarə kimi istifadə edə bilərsiniz.
Dişlərinizi fırça və ya diş ipi ilə təmizləyin. Diş fırçası və ya diş ipi ilə diş aralarını təmizləyərək də dişlərdə ağrını azalda bilərsiniz. Bunu edərək qidalanma sonrası diş aralarında qalan qalıntıların diş ətinə verdiyi ağrıdan qurtula bilərsiniz.
Təbii antibiotiklərdən istifadə edin. Zəncəfil, kəklikotu, samanlıq güldəfnəsi (çəmənotu), ekinezya (kirpiotu) kimi təbii antibiotiklərdən yararlanaraq da diş ağrılarına türkəçarə edə bilərsiniz. Yüngül və orta şiddətli diş ağrıları zamanı ağzınıza bir dilim təzə zəncəfil alaraq ağrıyan diş ilə onu dişləməyə çalışın. Kəklikotunun isə istəsəniz bir damla yağını pambığa damladaraq ağrıyan dişə qoyun və ya bir damla yağı bir stəkan suya damladaraq qarqara edin.
Qabartma tozu (soda) istifadə edin. Antibakterial xassələrə sahib olan qabartma tozu (soda) da diş ağrılarından qurtulmaq üçün təbii türkəçarədir. Qabartma tozunu istər məcun kimi, istərsə də suya qataraq qarqara edib diş ağrılarınızı müvəqqəti azalda bilərsiniz. Əgər məcun kimi istifadə edəcəksinizsə, bir çay qaşığı qabartma tozunu (soda) bir neçə damla su ilə krem halına gətirib ağrıyan dişin ətinə sürtə bilərsiniz. Daha sonra ağzınızı su ilə durulayın. Həmçinin iki çay qaşığı sodanı bir stəkan ilıq su ilə qarışdırıb ağzınızda təxminən 30 san. çalxalayın.
Çay ağacı yağından istifadə edin. Dişlərdə ağrıya yaxşı təsir edən daha bir təbii antiseptik xüsusiyyətlərə malik türkəçarə çay ağacı yağıdır. Pambığa bir neçə damcı çay ağacı yağı damladaraq ağrıyan yerə qoya bilərsiniz. Bundan başqa yenə bir neçə damcı çay ağacı yağını bir bardaq ilıq suya damladaraq ağzınızı qarqara edə bilərsiniz.
Bu tip ağrını kəsən bu türkəçarələr ağrınızı müvəqqəti olaraq azalda bilər. Ancaq ağrının təkrarlanmaması və dişlərinizin çürüməməsi üçün gec olmadan dişlərinizi müayinə etdirin. Sağlam gülüşə və uzunömürlü dişlərə sahib olmaq istəyirsinizsə, 6 aydan gec olmayaraq diş müayinəsindən keçmək vacibdir. Çoxlarının ağrıkəsici ilə müvəqqəti kəsdiyi diş ağrısına səbəb balaca bir çürük də ola bilər, sinusit də. Ona görə də dişləriniz ağrıyırsa, zaman itirmədən həkimə müraciət edin.