Toyuna hazırlaşan qız faciəvi şəkildə ÖLDÜ

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb.

Viral.az xəbər verir ki, hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib.

2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Son Yazılar:

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.