Türkiyənin sabiq Prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisa Gülü İngiltərədə qarət ediblər.
Viral.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, hadisə sentyabrın 13-ü baş verib. İngiltərəyə gedən cütlük Türkiyəyə qayıdan zaman H. Gülün çantası polis tərəfindən oğurlanıb.
Son Yazılar:
- Xamenei İsrailə və ABŞ-yə meydan oxudu
- Qatarların pəncərəsindən zibil atanlar bu qədər cərimə ediləcək
- Azərbaycanda tanınmış alim vəfat ETDİ
İddianı Abdulla Gülün mətbuat müşaviri Birol Avşar da təsdiqləyib. O bildirib ki, hadisə Gül ailəsi İngiltərədən çıxarkən baş verib. Çantada avro və funt-sterlinq olub.
Hadisə ilə əlaqədar İngiltərə və Türkiyə səfirliklərinə məlumat verilib. Onların məsələ ilə yaxından maraqlandığı bildirilir.