Qaxda şagirdi it DİŞLƏDİ

Qaxda 11-ci sinif şagirdinə it hucum edib.

Viral.az apa.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 3-də axşam saatlarında şəhər ərazisində baş verib.

Qax şəhər sakini, 2007-ci il təvəllüdü Ə.Cumazadə repetitorun yanından evə qayıdan zaman ona küçədə it hücum edərək xəsarətlər yetirib.

Son Yazılar:

Hadisədən sonra Ə.Cumazadə Qax Rayon Mərkəxi Xəstəxanasına (RMX) müraciət edib.

Ona boyun, döş, bel və ayaq nahiyələrinin xəsarətləri dioqnozu qoyulub. Ə. Cumazadəyə xəstəxanada lazımı tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.