Türkiyədə Recep İvedik obrazı ilə məşhurlaşan komediya aktyoru, rejissor, ssenarist Şahan Gökbakarın həbsi tələb olunur.
Viral.az DHA-ya istinadla xəbər verir ki, buna səbəb onun Marmarisdə yerləşən villasında günəş panelləri quraşdırılması və su anbarının tikilməsidir.
Aktyora barəsində Marmaris Respublika Baş Prokurorluğu tərəfindən ittiham aktı hazırlanıb. Aktyor, qardaşı və 2 ailə üzvü barəsində “Mədəni və Təbii İrsin Mühafizəsi haqqında” Qanunun pozulmasına görə 3 ildən 10 ilədək həbs cəzası istənilib.
Son Yazılar:
- Premyer Liqada çıxış edən futbolçu “Real”ın diqqət mərkəzinə DÜŞDÜ
- Rusiya 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq ETDİ
- ABŞ-də yeni tikililərin satışı son iki ilin ən aşağı səviyyəsinə DÜŞDÜ
Şahan Gökbakarın ortağı olduğu “Çamaşırhane” film şirkətinə məxsus villaların bina qeydiyyat şəhadətnamələri və əlavələri qeyri-qanuni tikililərə görə 2022-ci ildə ləğv edilib.
Daha sonra icazəsiz fəaliyyətə görə villa sahiblərinə qarşı cinayət işi açılıb. Marmaris Bələdiyyəsinə də söküntü qərarlarının qəbul edilməsi və söküntü bildirişləri göndərilməsi ilə bağlı xəbərdarlıq edilib.
Şahan Gökbakar və ittiham olunan 3 şəxs dindirilmə zamanı villanı 2020-ci ildə aldıqlarını və dəyişikliklərin onlar almazdan əvvəl edildiyini biliriblər.
Villanın əvvəlki sahibi isə ittihamları qəbul etməyib.
Hazırlanan ittiham aktı məhkəməyə göndərilib. Qəbul olunarsa, təqsirləndirilən şəxslər yaxın günlərdə hakim qarşısına çıxacaq.