Əməkdar həkim VƏFAT ETDİ – FOTO

Azərbaycanın Əməkdar həkimi Tərifə İskəndərova vəfat edib.

Viral.az xəbər verir ki,  bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Qeyd edilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Son Yazılar:

Məlumata görə, T.İskəndərova bir müddətdir müalicə olunduğu Türkiyədəki xəstəxanaların birindən bir neçə gün əvvəl evə buraxılıb və o, ölkəyə qayıdıb.

Qeyd edək ki, T.İskəndərova uzun illər Binəqədi rayonu 9 saylı qadın məsləhətxanasının baş həkimi vəzifəsində çalışıb. 2018-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb. O, 3 saylı şəhər poliklinikasının baş həkimi Sevda İskəndərovanın bibisidir.