Saxta əsginasla benzin almaq istədi: SAXLANILDI

Bakıda saxta əsginasla benzin almaq istəyən şəxsin əməli ifşa edilib. 

Viral.az-a bu barədə DİN-nin Mətbuat xidmətindən məlumat verilib.  Belə ki, oktyabrın 8-də saat 20 radələrində Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

 

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində oradakı işçiyə 20 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən 45 yaşlı S.Rüstəmov saxlanılıb. 

O, araşdırma aparılması üçün 43-cü Polis Bölməsinə təhvil verilib.

Son Yazılar: