“İdman Azərbaycan”a yeni rəhbər təyin OLUNDU

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan “İdman Azərbaycan” telekanalına yeni rəhbər təyin olunub.

Viral.az xəbər verir ki, kanala Zaur Zeynal rəhbərlik edəcək.

Mədəniyyət kanalının rejissoru işləyən Zaur Zeynal daha çox şou-biznes sahəsində tanınırdı. Onun idman kanalına rəhbər təyin olunması bir sıra suallar doğurub. 

Son Yazılar:

Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu (oxu.az).