Xaricdən 9 manata alınan bal marketlərdə 37 manata SATILIR

Bu ilin avqust ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində satılan idxal təbii balın bir kiloqramının orta qiyməti 37,17 manat olub.

Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,41 manat bahadır. 2023-cü ilin avqust ayında idxal təbii balın marketlərdəki satış qiyməti 34,76 manat idi. 

Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 92,71 ton miqdarında 496,99 min ABŞ dolları dəyərində təbii bal gətirilib. Xaricdən alınan təbii balın bir kiloqramının orta gömrük dəyəri 5,36 ABŞ dolları (9,11 manat) olub.

Son Yazılar:

Azərbaycana təbii bal gətirilən ölkələr ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: