“Neftçi”nin yeni baş məşqçisi bəlli OLDU

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.

Viral.az xəbər verir ki, bu barədə “Futbolinfo.az” məlumat yayıb.

Bu, Zaqreb “Dinamo”sunun sabiq məşqçisi Sergey Yakiroviçdir. Bosniyalı mütəxəssisin artıq Bakıya gəldiyi bildirilir. Hazırda tərəflər arasındakı danışıqların son mərhələsidir. Ciddi bir fikir ayrılığı yaranmasa, Yakiroviçlə ən qısa zamanda rəsmi müqavilə imzalanacaq.

Son Yazılar:

Qeyd edək ki, Sergey Yakiroviçin sonuncu iş yeri yeri Zaqreb “Dinamo”su olub. Xorvatiya çempionu bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində məhz onun rəhbərliyi altında “Qarabağ”ı hər iki oyunda məğlub edərək mərhələni adlamışdı. O, ÇL-in Liqa mərhələsində “Bavariya”ya böyükhesablı məğlubiyyətdən (2:9) sonra sentyabrın 19-da “Dinamo”dan qovulmuşdu.

47 yaşlı mütəxəssis “Riyeka”, “Zrinski”, “Maribor”, “Qoritsa” və “Sesvete” kimi klublarda da baş məşqçi kimi çalışıb. O, 2021/2022 mövsümündə də “Zrinski”ni Bosniya və Herseqovina çempionu edib, ötən mövsüm Zaqreb klubu ilə Xorvatiyada qızıl dubla imza atıb.