Xaçmazda fiziki qüsurlu şəxs DÖYÜLDÜ

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində fiziki qüsurlu şəxs döyülüb.

Viral.az xəbər verir ki, 57 yaşlı Akif Qədirov naməlum şəxs və yaxud şəxslərin hücumuna məruz qalıb.

Evində tək yaşayan A.Qədirov insult keçirdiyi üçün sərbəst hərəkət edə bilmir.

Son Yazılar:

Hadisədən xəbər tutan yaxınları onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.