Zelenski Rusiya ilə bağlı bu planı elan edəcək

Prezident Vladimir Zelenskinin tərəfdaş ölkələrin liderlərinə təqdim etdiyi Ukraynanın “qələbə planı” yaxın günlərdə ukraynalılara açıqlanacaq.

Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Prezident bu təqdimatı kifayət qədər səmərəli həyata keçirəcək. Əsas bənd artıq aydındır, lakin o, Rusiyanı danışıqlara məcbur etmək üçün hansı proqram olduğunu və bunun nə üçün vacib olduğunu aydın şəkildə izah edəcək. Düşünürəm ki, prezident yaxın günlərdə belə bir təqdimatla çıxış edəcək”, – müşavir qeyd edib.

Son Yazılar: