Almaniya miqrasiya siyasətini SƏRTLƏŞDİRİR

Almaniya federal hökuməti miqrasiya siyasətində daha sərt qaydaların tətbiqini planlaşdırır.

Viral.az xəbər verir ki, ölkənin daxili işlər naziri Nensi Fezer barələrində deportasiya qərarı çıxarılan şəxslərin təhlükəsizlik və digər məsələlərlə bağlı risklər yarandığı təqdirdə ölkədən daha sürətli şəkildə göndərilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.

Nazir bununla Avropa Birliyinin miqrasiya sahəsində islahatlarla bağlı qanununun və hökumətin miqrasiya paketinin sürətlə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Son Yazılar:

Qeyd edək ki, son on ildə ölkəyə gələnlər arasında cinayətkarlığın səviyyəsi xeyli artıb. Öz ölkələrini tərk etmək üçün ciddi səbəb olmadan Almaniyaya gələn və burada böyük problemlərə səbəb olan gənclərin sayı get-gedə artmaqdadır.