Bu gün Litvada parlament seçkiləri keçirilir ki, bu seçkidə 14 siyasi partiya və bir koalisiya Seymdə yer qazanmaq üçün mübarizə aparır.
Viral.az xəbər verir ki, bu barədə Delfi məlumat yayıb.
Seçki məntəqələri yerli vaxtla səhər saat 7-də açılıb və seçicilər axşam saat 8-ə qədər səs verə bilərlər.
Son Yazılar:
- Ərdoğanın ad günündə Putinə nə hədiyyə etdiyi məlum OLDU
- İctimai nəqliyyatda gedişhaqqı ilə bağlı MÜHÜM XƏBƏR
- İlin sonuna qədər inanılmaz uğur qazanacaq ÜÇ BÜRC
Dövlət Seçki Komissiyasının verdiyi məlumata görə, üç gün davam edən erkən səsvermə mərhələsində 174 mindən çox seçici artıq səs verib.
Bu seçkilər çərçivəsində Seymin 141 üzvü seçiləcək. Çoxmandatlı dairələrdə 70 yer uğrunda 1721 namizəd, birmandatlı dairələrdə isə 71 yer uğrunda 699 namizəd yarışır.