İsrail qırıcıları Livanın şimal-şərqinə silsilə zərbələr endirib.
Viral.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Belə ki, İsrail hərbi aviasiyası Baalbek şəhərinin şimalında yerləşən Makna və Yunin yaşayış məntəqələri yaxınlığındakı hədəflərə hücum edib.
Son Yazılar:
- Ərdoğanın ad günündə Putinə nə hədiyyə etdiyi məlum OLDU
- İctimai nəqliyyatda gedişhaqqı ilə bağlı MÜHÜM XƏBƏR
- İlin sonuna qədər inanılmaz uğur qazanacaq ÜÇ BÜRC
Digər təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, oktyabrın 13-nə keçən gecə İsrail ordusunun qırıcıları və artilleriyası Livanın cənub və şərq bölgələrindəki şəhərlərə güclü hücumlar həyata keçirib.
Daha sonra ölkənin Səhiyyə Nazirliyi İsrailin Livanın şimalındakı Ftuh-Kesrouan bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində 15 nəfərin yaralandığını bildirib.