Livan dronlarının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında hücumu nəticəsində onlarla insan yaralanıb, bəziləri kritik vəziyyətdədir.
Viral.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.
Nəşr bunu misli görünməmiş hücum adlandırır. İsrailə doğru üç PUA buraxılıb, lakin onlardan biri İsrail ərazisinə dərininə nüfuz edərək Binyamina ərazisinə düşüb. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.
Son Yazılar:
- Hizbullahdan İsrail ordusuna zərbə ilə bağlı AÇIQLAMA
- Bakıda zibil qutusunun yanından baltalanmış kişi TAPILDI
- Hizbullahdən İsrail ordusuna zərbə ilə bağlı AÇIQLAMA
“Hizbullah”ın pilotsuz uçuş aparatı bazar günü axşam Binyamina ərazisinə zərbə endirib, təxminən 67 nəfəri yaralayıb. Onlardan dördü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Dron “Hizbullah”ın raket atəşinin müşayiəti altında Livandan buraxılıb.