“Azərreyl” klubunun kişilərdən ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb.
Viral.az xəbər verir ki, Bakı təmsilçisi həlledici matçda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandası ilə qarşılaşıb.
İki görüşün birində “Azərreyl” (2:1), digərində İspaniya təmsilçisi (2:1) qalib gəlib. Qalibi müəyyənləşdirmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunda çempion adına yiyələnib.
Son Yazılar:
- Şəhid Ramil Ağayevin anım mərasimi keçirildi –
- Emrah onlarla qonşu OLACAQ
- Fransanın yeni baş naziri ən aşağı reytinqlə işə BAŞLADI
Qeyd edək ki, “Azərreyl”in qadınlardan ibarət komandası da Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb.