Bakıda zibil qutusunun yanından baltalanmış kişi TAPILDI

Bakının Nərimanov rayonunda 37 yaşlı kişi baltalanıb.

Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Azər Şaban oğlu qolundan və kürəyindən balta xəsarətləri alıb.

Son Yazılar:

Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.

A.İbrahimovun ağır yaralı olduğu aşkarlanıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.

Hazırda fakt araşdırılır.