Demokrat Adam Şiff ABŞ üçün daxili təhlükədir.
Viral.az xəbər verir ki, bunu respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-nin iki düşməni var: xarici və daxili.
Son Yazılar:
- Daşkəsəndə bir neçə nəfər dəm qazından ZƏHƏRLƏNDİ
- COP29 Paris Sazişinin iki maddəsini qəbul ETDİ
- Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
D.Tramp “düşmən”lərdən biri kimi ABŞ-nin ermənipərəst konqresmeni Adam Şiffin adını çəkib: “Mənim fikrimcə, daxili düşmən Çin, Rusiya və digər ölkələrdən daha təhlükəlidir. Əgər savadlı prezidentiniz varsa, o, xarici təhdidlərlə asanlıqla mübarizə apara bilər. Mən mübarizə apardım, hər kəs ilə yola getdim. Amma ən çətini Adam Şiff kimilərlə mübarizə aparmaqdır”.
Bundan əlavə, D.Tramp noyabrda ölkədə keçiriləcək prezident seçkilərinə mane ola biləcək şəxslərə qarşı güc tətbiqi ehtimalını istisna etməyib.