Bakıda və Abşeron yarımadasında oktyabrın 15-16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var:
Son Yazılar:
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
- Sertifikasiyadan ən çox onlar uğur QAZANDI
“Gün ərzində cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 17-21 dərəcə isti olacaq”.
Azərbaycanın əksər rayonlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda oktyabrın 15-16-da yağıntılı hava şəraiti davam edəcək.
“Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. 15-i gündüz saatlarında yağıntıda əksər rayonlarda qısa müddətə fasilə olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 16-21, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq”.