Onların fəaliyyəti ölkəmiz üçün böyük əhəmiyyət daşıyacaq

“Azərbaycanda təhsilin əlçatanlığı istiqamətində xeyli iş görülüb. 15 il əvvəllə müqayisədə təhsil alanların sayı ikiqat artıb. Ölkə üzrə 50 faiz tələbə dövlət hesabına təhsil alır, bu da 30 min tələbə deməkdir. Elm və təhsil imkanlarının artırılması sahəsində daha bir vacib məqam müxtəlif adlarda olan təqaüd proqramlarıdır”.

Viral.az xəbər verir ki, bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib.

O bildirib ki,  dörd il əvvəl bu layihəyə sadəcə bir neçə sahibkar dəstək olurdu. Bu gün isə bu say xeyli artıb.

Emin Əmrullayev qeyd edib ki, bu gün Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin təşkili daha institusional forma alıb:

Son Yazılar:

“Cari ildə bakalavr səviyyəsində təhsilə 60 minə yaxın tələbə qəbul olub. Oxşar statistika magistratura səviyyəsində də müşahidə olunur. Ali təhsil alan şəxslərin yarısından çoxu dövlət sifarişi ilə təhsil alır. Həmçinin sosial həssas qrupa aid tələbələrin də təhsil haqları dövlət tərəfindən qarşılanır”. 

O vurğulayıb ki, tələbələrə təqaüd verilməsi istiqamətində sistemləşməyə ehtiyac var. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu il 500 nəfər xaricdə təhsil almaq imkanı əldə edib. Ümumilikdə 150 nəfərdən artıq təqaüdçü dünyanın 10 ən yaxşı universitetinə qəbul olub. İnanıram ki, bir neçə il sonra onların Azərbaycana qayıdaraq fəaliyyətini davam etdirməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyacaq.

“Bu il Qarabağ Universitetində bir neçə Dövlət Proqramı məzunu tədris prosesinə qoşularaq əmək fəaliyyətinə başlayıb. Bu məzunlar Azərbaycana qayıdaraq əmək bazarında rəqabətli mühit yaradacaqlar”, – deyə nazir qeyd edib (“Azərbaycan müəllimi” qəzeti).