Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” DƏYİŞDİ

“İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” 18 yanvar 2012-ci il tarixli Qərarda dəyişiklik edilib.

Viral.az xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin Kollegiyasının sədri, nazir Samir Şərifov Qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ölkə daxilində dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 %-i qədər vəsait ödənilir.

Son Yazılar:

Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 %-i qədər vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 %-i qədər vəsait ödənilir.

Dəvət edən tərəfin xərcləri tam və yaxud qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.

Bundan başqa, ölkə xaricində dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının yenə də 40 %-i qədər, dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 %-i deyil, 65 %-i qədər vəsait ödənilir.

Nazirliyin Dövlət aparatının maliyyəsi şöbəsinə tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.