Yanğın hadisəsi axşam saatlarında Zaqatala rayonunun Aşağı Tala kəndində baş verib.
FHN-in Zaqatala Dövlət Yanğından Mühafizə hissəsindən Viral.az-a verilən məlumata əsasən, kənd sakini Abdulla Əzizova məxsus ümumi sahəsi 90 kvadratmetr olan ikiotaqlı birmərtəbəli fərdi yaşayış evi yanıb.
Hadisə yerinə rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Son Yazılar:
- Xüsusi təyinatlı təhsil müəssisələri ilə bağlı qaydalar TƏSDİQLƏNDİ
- Əli Əsədov mühüm qərar İMZALADI
- Dövlət başçısı onları təltif etdi
Yanğınsöndürənlərin səyinə baxmayaraq, evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.