Ağcabədidə qardaş bacısını bıçaqladı

Ağcabədidə bıçaqlanma hadisəsi olub.

 

Viral.az xəbər verir ki, hadisə Avşar kəndində qeydə alınıb.

Son Yazılar:

 

Belə ki, kənd sakini S. Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı 23 yaşlı Əsmər Həsənovaya kəsici-deşici alətlə ağır xəsarət yetirib. Ə.Həsənova xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.