Ermənistanla Azərbaycan arasında yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağına ümidvarıq.
Viral.az xəbər verir ki, bunu BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşündə deyib.
O, danışıqlar prosesində məsələlərin 80 faizdən çoxunun razılaşdırılmasını məmnunluqla qeyd edib.
Son Yazılar:
- Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək
- İtkin düşən cütlüyün qalıqları 44 il sonra tapıldı
- Azərbaycanda zəlzələ oldu
Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğulayan T.Valovaya iki il əvvəl Heydər Əliyev Mərkəzində özünün təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərginin təşkilinin əhəmiyyətini xüsusi vurğulayıb.