Xocasəndə avtomobil iki piyadanı vurdu, biri öldü

Xocasəndə avtomobil iki piyadanı vurub.

Viral.az “Report”a istinadla xəbər verir ki, Şamo Məmmədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyadalar – Yadulla Zeynallı və Elxan Mirzəyevi vurub.

Hər iki piyada xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Yadulla Zeynallı ölüb.

Son Yazılar:

Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.