“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Asiya İnkişaf Bankı (ADB) arasında “Missiya hesabatı” imzalanıb.
Viral.az xəbər verir ki, imzalanmanın məqsədi dekarbonizasiya prosesinə texniki yardımın göstərilməsi ilə bağlıdır.
Sənədi ADY sədri Rövşən Rüstəmov və ADB-nin nəqliyyat üzrə direktoru Ceyms Leder imzalayıb.