Sumqayıtda iki məktəblinin itkin düşdüyü bildirilir.
Viral.az xəbər verir ki, Sumqayıt məktəblərinin birində 8-ci sinif şagirdləri – A. Məmmədov və E. Quliyeva (şərti) itkin düşüblər. Bildirilib ki, onlar səhər saatlarında məktəbdən çıxaraq naməlum istiqamətdə gediblər.
Hazırda hər iki yeniyetmənin mobil telefonuna zəng çatmır.
Son Yazılar:
- Valideynlər bu özəl bağçalarda təhsil haqqının yarısını ödəyəcək
- Prezident Kazanda Laos Prezidenti ilə görüşdü
- Baş nazir yağışla bağlı iclas keçirdi, tapşırıqlar VERDİ
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxslərin itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Onların tapılması istiqamətində hazırda polis əməkdaşları tərəfindən axtarışlar və digər zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, itkin düşən yeniyetmələr sinif yoldaşıdırlar (sumqayit24.az).