Yeni parlament noyabrda ilk iclasını keçirəcək, lakin hər şey Mərkəzi Seçki Komissiyasının səsvermənin yekun nəticələrini nə vaxt dərc etməsindən asılıdır.
Viral.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Bilirsiniz ki, hazırda Mərkəzi Seçki Komissiyasında müəyyən prosedurlar aparılır, bülletenlərin hesablanması başa çatmaq üzrədir, həmçinin şikayətlərlə bağlı digər proseslər olacaq. Noyabrın ortalarında Mərkəzi Seçki Komissiyasının yekun protokolu dərc ediləcək, ondan sonra konstitusiyaya əsasən, parlament 10 gün ərzində ilk iclasa toplaşacaq”, – Papuaşvili bildirib.
Son Yazılar:
- Premyer Liqada çıxış edən futbolçu “Real”ın diqqət mərkəzinə DÜŞDÜ
- Rusiya 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq ETDİ
- ABŞ-də yeni tikililərin satışı son iki ilin ən aşağı səviyyəsinə DÜŞDÜ
Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə hakim Gürcü Arzusu Partiyası 54,2% səslə qalib gəlib.