Almaniyalı futbol mütəxəssisi Diter Hekqinq 2-ci Bundesliqada sabah keçiriləcək “Hamburq”-“Nürnberq” matçı ilə bağlı fikirlərini açıqlayıb.
Viral.az Qol.az-a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis bu haqda “Bild” qəzetinə danışıb.
Hər iki komandada baş məşqçi kimi fəaliyyət göstərmiş Hekqinq hazırda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi “Nürnberq”in yaxşı formada olduğunu söyləyib:
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
“Nürnberq” derbidə “Fyurt” üzərindəki 4:0, “Reqensburq”la matçda isə 8:3 hesablı qələbədən sonra əla formadadır. Bundan başqa komandanın hücum triosu – Cülian Yuştvan, Mahir Emreli və Stefanos Tsimasdan gözləntilər çoxdur. Bu üçlüyü nəzarətə götürmək çətin olacaq”.
O, həmkarı Miroslav Klozenin mövsümün əvvəlinə uğursuz başlayan “Nürnberq”də yaxşı işlər gördüyünü də deyib:
“Heç şübhəsiz, Miro doğru nəticələr çıxardı. Komandaya təzyiq çox olanda o, geri çəkilmədi. Bu, mənə xoş gəldi”.
Qeyd edək ki, 11-ci turun “Hamburq”-“Nürnberq” matçı sabah Bakı vaxtı ilə saat 16:30-da başlanacaq. 10 oyundan 18 xalı olan “Hamburq” 5-ci, 16 xala malik “Nürnberq” isə 8-ci yeri tutur.
M.Emreli 2-ci Bundesliqada son iki oyunun hər birində 1 qol vurub. O, daha 1 dəfə isə Almaniya kubokunun matçında fərqlənib.