Fələstinin HƏMAS hərəkatı İsraillə danışıqların aparılmasının tərəfdarıdır, bu danışıqlarda Qəzza zolağında atəşkəs və saxlanılan girovların azad edilməsi məsələləri müzakirə olunacaq.
Viral.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Misir təhlükəsizlik mənbəsinin sözlərinə görə, HƏMAS atəşkəs və girov məsələsinin Qəzzada nizamlama üzrə İsraillə danışıqlarda bir yerdə müzakirəsini təkid edir.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Kanalın həmsöhbətinin sözlərinə görə, hərəkat girovları təhvil verdikdən sonra İsrail tərəfinin yenidən anklavda hərbi əməliyyatlara qayıdacağından ehtiyat edir.