ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində məğlub olduqdan sonra Ali Məhkəmənin hakimi postunu ala bilər.
Viral.az xəbər verir ki, CNN və Politico-nun məlumatında bildirilib.
Qeyd edilir ki, hazırkı hakim Sonia Sotomayor könüllü olaraq istefa verərsə, prezident Co Baydenin Harrisi ABŞ Ali Məhkəməsinin ömürlük hakimi vəzifəsinə namizəd göstərməsi ehtimalı var.
Son Yazılar:
- “Salyanski kazarma”nın zabitinə 10 il yarım həbs: 2 milyonluq əmlakı ALINDI
- Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü AÇILDI
- Ədalət Verdiyev həbs EDİLDİ
70 yaşlı Sotomayor bu vəzifəyə Barak Obamanın dövründə təyin edilib, lakin hazırda onun səhhətində ciddi problemlər var.
Harrisin hakim kimi fəaliyyətə başlaması üçün Bayden onun namizədliyini irəli sürməli və Senat da bunu təsdiqləməlidir. Demokratlar indi Senatda cüzi üstünlüyə malikdirlər 51 nəfər, respublikaçıları 49 nəfər təmsil edir.